"Manchester United"in müdafiəçisi klubunu dəyişə bilər


İdman 14 Mar 2018 20:38:00 260 0

"Manchester United"in müdafiəçisi klubunu dəyişə bilər

"Manchester United"in müdafiəçisi Fil Cons klubunu dəyişə bilər. Goal.az xəbər verir ki, 26 yaşlı futbolçu ilə "Everton" maraqlanır. İngiltərə mətbuatı baş məşqçi Mourinyonun Consdan razı olmadığını yazır. Onun "qırmızı şeytanlar"la cari müqaviləsi 2019-cu ilin yayında başa çatacaq.

İngilis müdafiəçi "Blackburn Rovers"in yetirməsidir. O, "United"də 2011-ci ildən çıxış edir.