London klubundan insident törədən azarkeşlərə ömürlük stadiona giriş qadağası


İdman 14 Mar 2018 16:02:00 460 0

London klubundan insident törədən azarkeşlərə ömürlük stadiona giriş qadağası

"West Ham United" Premyer Liqanın 30-cu turunda "Burnley"lə matçdakı (0:3) insidentlə bağlı qərar verib. Goal.az-ın məlumatına görə London klubu oyunun gedişində meydana çıxan futbolçulara hücum etməyə çalışan azarkeşlərə ömürlük stadiona girişi qadağan edəcək. "West Ham"in rəsmi açıqlamasında həmin şəxsləri müəyyənləşdirmək üçün polislə sıx əməkdaşlıq ediləcəyi bildirilib. Qeyd edək ki, klubun özünə mövsümün qalan ev oyunlarında boş tribunalar önündə oynamaq cəzası verilə bilər.