İntizam Komitəsi "Kəpəz"i cəzalandırdı


İdman 14 Mar 2018 14:47:00 343 0

İntizam Komitəsi "Kəpəz"i cəzalandırdı

AFFA İntizam Komitəsi "Kəpəz" klubunu cəzalandırıb. 

Goal.az-ın məlumatına görə, buna "Qəbələ" ilə Azərbaycan Premyer Liqasının XIX tur matçından sonra yerli azarkeşlərin qonaq komandanın avtobusunun şüşələrini sındırmasıdır. Bu hadisə "qırmızı-qaralar"ın Gəncə şəhər stadionunun ərazisini tərk etdikləri vaxt baş verib. 

“Kəpəz” klubu "Qəbələ"nin təhlükəsizliyini tam təmin etmədiyinə görə klub 4000 manat cərimələnib. Bundan başqa Gəncə klubu qonaq komandaya dəymiş ziyana uyğun olaraq təqdim ediləcək hesab əsasında ödəniş edəcək. 

Qeyd edək ki, oyun "Qəbələ"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.