"Bayern Munchen" "Beşiktaş"la oyuna 3 futbolçusunu gətirmədi


İdman 13 Mar 2018 14:48:00 287 0

"Bayern Munchen" "Beşiktaş"la oyuna 3 futbolçusunu gətirmədi

Almaniyanın "Bayern Munchen" klubu Türkiyədə "Beşiktaş"la keçirəcəkləri Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə 3 futbolçusunun xidmətindən yararlanmayacaq.

Goal.az-ın məlumatına görə, bunlar Kinqsli Koman, Korentin Tolisso və Aryen Robbendir. Hər 3 oyunçu İstanbula yollanan heyətdən kənarda saxlanılıb. Ümumilikdə heyətdə 19 futbolçu yer alıb.

"Bavariya"nın 5:0 hesablı qələbə qazandığı ilk görüşdə ikinci qolu 53-cü dəqiqədə Koman vurub. O, 81-ci dəqiqədə yerini Frank Riberiyə verib. Robben 44-cü, Tolisso isə 83-cü dəqiqədə meydana çıxıb.

Qeyd edək ki, martın 14-də "Wodafone Park"da keçiriləcək "Beşiktaş" - "Bayern Munchen" matçını ingiltərəli baş hakim Maykl Oliver idarə edəcək.