"Galatasaray"a meydanı dar edəcəyik"


İdman 13 Mar 2018 11:27:00 255 0

"Galatasaray"a meydanı dar edəcəyik"

"Fenerbahçe"da bütün diqqətlər "Galatasaray"la oyuna yönəlib. Hətta, əvvəlki oyunlarda komandanı tək qoyan azarkeşlər belə bilet alınmasında fəallıq göstərirlər.

Goal.az xəbər verir ki, "Fener"in əsas ulduzlarından olan Alper də iddialı açıqlamalar verib:

"Galatasaray"ın qarşımızda şansı yoxdur. 6 xallıq fərq önəmli deyil. Mübarizə indi başlayır. "Galatasaray"ı məğlub edib yeni bir başlanğıc quracağıq. Bütün gücümüzü liqaya qoyub çempion olacağıq. Bundan sonra yaxşı ya da pis olmaq önəmli deyil. Qarşıda maraqlı qarşılaşmalarımız olacaq. Biz "Galatasaray"la oynayacağıq, "Başakşehir"le de "Beşiktaş". Avantajlı bir həftə bizi gözləyir. Azarkeşlərimizin də dəstəyi ilə, "Galatasaray"a meydanı dar edib qələbə qazanacağıq. 

Xatırladaq ki, "Fenerbahçe" - "Galatasaray" matçı martın 17-si saat 20:00-da start götürəcək.