Di Byaco: "Buffon mənə həm meydanda, həm də ondan kənarda lazımdır"


İdman 12 Mar 2018 17:28:00 286 0

Di Byaco: "Buffon mənə həm meydanda, həm də ondan kənarda lazımdır"

İtaliya millisində baş məşqçi səlahiyyətlərini müvəqqəti yerinə yetirən Luici Bi Byaco "Juventus"un qolkiperi Canluici Buffonun "Mavi eskadra"ya qayıtması haqqında danışıb. Goal.az xəbər verir ki, gənc mütəxəsis 40 yaşlı qolkiperin ona lazım olduğunu bildirib.

"Buffon kimi qapıçı milli karyerasını İsveçlə matçdan sonra başa vura bilməz. Hər şey çox sadədir. O, mənə həm meydanda, həm də ondan kənarda lazımdır. Buffon əla qolkiperdir və oyunçular arasında yüksək nüfuza malikdir. Məşqçilər deyəndə ki, bütün oyunçular onlar üçün eynidir, yalan danışırlar. Belə ola bilməz. Buffon da başqaları kimi deyil".