İsland futbolçu dünya çempionatından kənarda qala bilər


İdman 12 Mar 2018 17:10:00 261 0

İsland futbolçu dünya çempionatından kənarda qala bilər

"Everton" və İslandiya millisinin yarımmüdafiəçisi Qilfi Siqurdsson Premyer Liqanın 30-cu turunda "Brighton"la matçda (2:0) zədələnib. Havbek oyunun sonuna qədər meydanda qalsa da, tibbi müayinə onun sağ dizində problem aşkarlayıb. Goal.az xəbər verir ki, Siqurdsson qarşıdakı dünya çempionatnı buraxmaq təhlükəsi qarşısındadır. Əlavə tibbi yoxlamalardan sonra onun reablitasiyasına nə qədər vaxt tələb olunduğu aydınlaşacaq. Diz bağları ciddi zədələnməyibsə, onun müalicəsi 3 aya qədər sürəcək. Zədə ciddi olsa, futbolçunun yenidən meydana qayıtmasına 3-6 ay vaxt tələb olunacaq.