"Zirə" yenə "Qarabağ"a uduzdu


İdman 10 Mar 2018 21:21:00 242 0

"Zirə" yenə "Qarabağ"a uduzdu

Bu gün Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulub.

Goal.az xəbər verir ki,  lider “Qarabağ” 3-cü pillədə qərarlaşan “Zirə”ni qəbul edib. 

Qurban Qurbanovun komandası istəyinə çatıb. "Qarabağ" 2018-ci ildə qələbə üzü görməyən Ayxan Abbasovun yetirmələrinə şans verməyib. Ev sahibləri qarşılaşmanın taleyini ilk hissədəcə həll ediblər. Uğursuz oyunlarını davam etdirən “Zirə”nin isə 3-cü yerdəki mövqeyi təhlükə altına düşüb.

  

Azərbaycan Premyer Liqası

XIX tur

10 mart (şənbə)

“Qarabağ” – “Zirə” - 2:0

Qollar: Dani Kintana, 22; Elvin Yunuszadə, 35