"Borussiya" Roysla yeni müqavilə imzaladı


İdman 10 Mar 2018 14:22:00 321 0

"Borussiya" Roysla yeni müqavilə imzaladı

Dortmund “Borussia”sında yeni müqavilə qeydə alınıb.

Goal.az xəbər verir ki, Bundesliqa klubu hücumçusu Marko Roysla müqavilə müddətini uzadıb. 28 yaşlı futbolçu 2023-cü ilin yayına kimi "Borussia"da çıxış edəcək.

Qeyd edək ki, Almaniya millisinin üzvü olan Roys 2012-ci ildən Dortmund təmsilçisində çıxış edir.