buffon karyerasını bitirəcəyi vaxtı dəqiqləşdirib


İdman 09 Mar 2018 14:50:00 267 0

buffon karyerasını bitirəcəyi vaxtı dəqiqləşdirib

"Juventus"un qolkiperi Canluici Buffon mövsümün sonunda karyerasını başa vurmaq qərarına gəlib. Goal.az xəbər verir ki, bu barədə İtaliyanın bir sıra idman nəşrləri məlumat yayıb. "Corriere della Sera" qeyd edir ki, Buffonun milliyə qayıdışından narazılıq 40 yaşlı qapıçını məyus edib. O, gənc həmkarlarının, xüsusilə də Donnarummanın qarşısında maneə olmaq istəmir.

Buffon mövsümü "qızıl trebl"lə başa vura bilər. "Qoca senyora" çıxış etdiyi hər 3 turnirdə mübarizə davam etdirir.