"Manchester City"nin yarımmüdafiəçisi Çempionlar Liqasının tarixinə düşüb


İdman 08 Mar 2018 09:45:00 293 0

"Manchester City"nin yarımmüdafiəçisi Çempionlar Liqasının tarixinə düşüb

"Manchester City"nin yarımmüdafiəçisi Fil Foden Çempionlar Liqasının tarixinə düşüb. Goal.az xəbər verir ki, Foden turnirin pley-off mərhələsində meydana çıxan ən gənc ingilis futbolçu olub. O, 17 yaş 283 günlüyündə 1/8 final mərhələsində oynayıb.

Qeyd edək ki, Çempionlar Liqasında oyun keçirən ən gənc ingilis futbolçu Cek Uilşirdir. O, 2008-ci ildə "Arsenal"ın Kiyev "Dinamo"suna qarşı matçda meydana çıxdığı vaxt 16 yaş, 32 günlüyündə olub.