Balotelli: "Alveş sadəcə başsağlığı verib keçməli idi"


İdman 07 Mar 2018 13:50:00 275 0

Balotelli: "Alveş sadəcə başsağlığı verib keçməli idi"

"Nice" klubunun hücumçusu Mario Balotelli PSG-nin müdafiəçisi Dani Alveşi tənqid edib. Goal.az xəbər verir ki, Mario braziliyalının Davide Astorinin vəfatı ilə bağlı açıqlamasından xoşlanmayıb.

"Onun dedikləri yanlış deyildi. Amma həmin anda bunları özündə saxlamalı idi. Alveş sadəcə başsağlığı verib keçməli idi, boş danışmağa gərək yoxdu. Kiminsə ölümünə aid belə açıqlama verməməlisən. Astori yaxşı, alicənab oğlan idi. Milli komandada birlikdə oynadığımız üçün onu tanıyırdım. Təəssüf ki, onun dəfn mərasiminə gedə bilmədim, çünki məşq vardı. Yoxsa maşına oturub gedərdim. Futbolçular ayda bir neçə dəfə müayinədən keçsə də, belə hadisələr baş verir. İnsan dəhşətə gəlir. Astori yaxşı görünürdü, amma yataqda öldü"- Balotelli deyib.

Dani Alveş italyan müdafiəçinin vəfatı barədə danışarkən : "Onun ölümünə görə üzgünəm. Amma dünyada hər gün minlərlə uşaq ölümü diqqətdən kənar qalır. Onların ölümü də vacibdir" - demişdi.