"Chelsea"nin müdafiəçisi 1 aylıq sıradan çıxıb


İdman 06 Mar 2018 17:03:00 267 0

"Chelsea"nin müdafiəçisi 1 aylıq sıradan çıxıb

"Chelsea"nin müdafiəçisi David Luiz yenidən zədələnib. Goal.az xəbər verir ki, braziliyalı futbolçunun diz və topuğunda problemlər var. Luiz 1 ay meydana çıxa bilməyəcək. 30 yaşlı müdafiəçi "West Ham United"lə aprelin 8-i baş tutacaq oyundan öncə məşqlərə başlayacaq.

David Luiz 2016-cı ilin dekabrından diz zədəsindən əziyyət çəkir. Bir neçə dəfə Barselonada müalicə alan "sambaçı" bunun ciddi nəticəsini görməyib. O, son dəfə 5 fevralda "Watford"la matçda (1:4) meydana çıxmışdı.