İker Kasilyas "Porto"dan gedir


İdman 04 Mar 2018 10:50:00 322 0

İker Kasilyas "Porto"dan gedir

İker Kasilyas yayda "Porto"dan gedəcək. Goal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin rəhbəri Fransisko Markes danışıb. Onun sözlərinə görə ispaniyalı qolkiperlə yolların ayrılması qərarı maliyyə itkilərini azaltmaq məqsədinə xidmət edir.

"Müqaviləsi bitməyə az qalmış futbolçular var ki, onlara çox pul xərcləyirik. Onlar getsə, maliyyə durumunda balans yada bilərik. Məsələn, Kasilyasla müqavilə mövsümün sonuna kimi qüvvədədir" - Markes deyib. Kasilyas 2015-ci ildə "Real Madrid"dən "Porto"ya keçmişdi.