"Arsenal"ın müdafiəçisi göz yaşlarını saxlaya bilməyib


İdman 03 Mar 2018 17:14:00 260 0

"Arsenal"ın müdafiəçisi göz yaşlarını saxlaya bilməyib

"Arsenal" futbolçuları və Arsen Venqer komandanın son həftələr uğursuz çıxışını aydınlaşdırmaq üçün toplantı keçirib. Goal.az "The Sun"a istinadən xəbər verir ki, toplantıda Loran Kosilni göz yaşlarını saxlaya bilməyib. O, övladlarının "Arsenal"ın pis nəticələri barədə suallar verməsini yada salıb. Qeyd olunur ki, İngiltərə kuboku və Premyer Liqada "Manchester City"yə 0:3 uduzan "topçular"ın İdarə heyəti Arsen Venqerə etimadını itirib. Fransalı mütəxəsisin mövsümün sonunda istefaya göndərilmək ehtimalı artmaqdadır. Onun yerinə əsas namizəd isə Karlo Ançelottidir.