Rayola: "Napoli" Balotellinin transferini nəzərdən keçirməlidir"


İdman 03 Mar 2018 16:13:00 284 0

Rayola: "Napoli" Balotellinin transferini nəzərdən keçirməlidir"

Futbol agenti Mino Rayola "Nice"də forma geyinən Mario Balotellini A Seriyasına qaytarmaq istəyir. Goal.az xəbər verir ki, italyan menecer son müsahibəsində 27 yaşlı forvardın xidmətlərini "Napoli"yə təklif edib.

"Marionu azad agent kimi kim transfer edəcəksə, bundan udacaq. "Napoli" rəhbərliyinin yerində olsam, onu heyətə qatardım. Balotelli dünyanın ən yaxşı hücumçularından biridir. Neapol klubunun baş məşqçisi Maurisio Sarri komanda işində böyük irəliləyişə nail olub. Mario "Napoli"yə uyğun gəlir. Balotellinin özünə də klub əla seçim olardı. Bu kluba gəlməyə qorxan futbolçular var. Mario belələrindən deyil. "Napoli" bu transferi nəzərdən keçirməlidir".