Azərbaycan basketbol yığmasından antirekord


İdman 02 Mar 2018 14:30:00 234 0

Azərbaycan basketbol yığmasından antirekord

FİBA kişi komandalarının yeni reytinq cədvəlini açıqlayıb. İlin ilk siyahısı Azərbaycan üçün uğursuz alınıb. Goal.az xəbər verir ki, yığmamız cədvəldə 115-ci sıraya düşüb. Samit Nuruzadənin rəhbərlik etdiyi komanda son siyahı ilə müqayisədə 19 pillə geriləyib. Uçuruma yuvarlanan millimiz Avropa ölkələri sırasında isə 44-cü yerə enib. 147 ölkə arasında ən çox geriləyən məhz bizim komandadı.

Antirekord vuran yığmamız geriləyənlər sırasında Andorra, Malta, San Marino və Ekvadordan da pis nəticə göstərib. Bu ölkələr müvafiq olaraq, 15, 14, 13 və 10 rəqibi özündən irəli buraxıb. Qitə komandaları arasında isə cəmi 4 yığmanı – San Marino, Moldova, İrlandiya və Cəbəllütariqi qabaqlayırıq.

Samit Nuruzadənin yetirmələri hesabında cəmi 17,5 xalı var. Siyahıya 735,0 xalla ABŞ başçılıq edir. İspaniya ikinci (704,7), Fransa üçüncüdü (644). Son illər acınacaqlı durumda olan millimiz Avropa çempionatının seçmə mərhələsinə belə qatılmır.