Süleymanov və Kramarenkonun ölkə çempionu olduğu klub satışa çıxarılıb


İdman 02 Mar 2018 13:16:00 228 0

Süleymanov və Kramarenkonun ölkə çempionu olduğu klub satışa çıxarılıb

1995-ci ildə Rusiya çempionu olan "Alaniya" klubu satışa çıxarılıb. Goal.az xəbər verir ki, martın 1-də internet saytı "Avito"da bu barədə elan ortaya çıxıb. Hazırda 3-cü divizionda çıxış edən Vladiqafqaz klubunun səhmlərini tam və ya hissə-hissə almaq təklif edilir.

"Əvvəla, biz satmırıq, təklif edirik. Bunlar fərqli anlayışlardır. "Alaniya" klubunun bir hissəsinə sahib çıxa bilərsiz. İnvestor kimi sərmayə yatırmaq istəyirsinizsə, klubun bütün hüquqları sizin ixtiyarınıza keçir. Bu hüquqlara "Alaniya"nın rəsmi möhürü, nizamnaməsi, maliyyə hesabatı, blankları, poçt ünvanı, informasiya resurslarına abunəlik, firma stili, mövcud profil və sosial şəbəklərdə olan səhifələrdən istifadə daxildir. Klubun ticarət nişanı da, həmçinin. "Alaniya"nın lisenziyası da var. Müəyyən qiymət müqabilində ticarət nişanından kommersiya məqsədilə istifadə mümkündür. Səhmdar cəmiyyət formalaşdırmaq, "Alaniya"nı xalq klubuna çevirmək planımız var. Futbol klubunu təkbaşına saxlamaq xeyli xərc tələb edir. Biz klubu onu saxlamaq iqtidarında olmayan şəxsə satmaq istəmirik.

Elan cəmi 1 gündür yerləşdirilib. İnvestor tapmaq məsələsində tələsmək fikrində deyilik. Bu brendin Vladiqafqaz xaricində və digər şəhərlərdə istifadə etməyə gəldikdə, bu məsələdə hələlik qəti bir fikrimiz yoxdur. Elan niyə "Avito"da yerləşdirilib? Onda bizə daha yaxşı ticarət bölümü tapın" - elanı yerləşdirən şəxs deyib.

Qeyd edək ki, Vladiqafqaz təmsilçisi təsis olunduğu 1921-ci ildən bəri bir neçə dəfə ad dəyişib. Bunlardan "Yunitas", KİM, Lenin adına fəhlə klubu, "Avtomobilist" adları qeyd oluna bilər. Klub ən böyük uğurlarını məhz "Alaniya" adı ilə qazanıb. Azərbaycan millisinin üzvləri Arif Əsədov, Dmitri Kramarenko, Nazim Süleymanov bu klubun şərəfini qoruyub. Kramarenko və Sleymanov onun heyətində Rusiya çempionu adını qazanıb.