Rusiyanın Olimpiya komitəsinə üzvlüyü bərpa edilib


İdman 28 Fev 2018 18:34:00 275 0

Rusiyanın Olimpiya komitəsinə üzvlüyü bərpa edilib

Rusiya Olimpiya Komitəsinin (OKR) Beynəlxalq Olimpiya Komitəsində (İOC) üzvlüyü bərpa olunub. Goal.az xəbər verir ki, bu barədə "R-Sport" bir neçə mənbəyə istinadən məlumat yayıb. OKR-in üzvlüyü 5 dekabr 2017-ci ildə dayandırılıb. Nəticədə Rusiya idmançıları 9 - 25 fevralda Cənubi Koreyanın Pxençxan şəhərində keçirilmiş Qış Olimpiya Oyunlarına "Rusiyalı olimpiyaçı atlet" (OAR) statusunda qatılıblar. Onlar 2 qızıl, 6 gümüş, 9 bürünc medal qazanıblar.