"Neftçi"nin müdafiəçisi yaşıl meydanlara qayıtmağa yaxındır


İdman 27 Fev 2018 16:32:00 248 0

"Neftçi"nin müdafiəçisi yaşıl meydanlara qayıtmağa yaxındır

"Neftçi"nin və milli komandamızın üzvü Məhəmməd Mirzəbəyov zədəsini sağaltmaq üzrədir. Goal.az xəbər verir ki, Topaz Premyer Liqasının XV turunda "Kəpəz"lə qarşılşmada rəqibin futbolçusu Dieqo Qusmao ilə ikili mübarizədə burnundan zədə alan futbolçu artıq məşqlərə start verib. Həmin oyunda burnu sınan futbolçu 3 gündü fərdi məşqlərə başlayıb. Fitnes zalında qaçan, yüngül məşqlər edən futbolçu gələn həftədən etibarən komandanın məşqlərinə qoşulacaq. 

"Neftçi" Topaz Premyer Liqasının XVIII turunda səfərdə "Qəbələ" ilə qarşılşacaq. "Ağ-qaralar"ın baş məşqçisi Tərlan Əhmədov həmin görüşdə zədəli Elnur Cəfərov və cəzalı durumda olan Rəşad Sadiqovun xidmətindən istifadə edə bilməyəcək.  "Qəbələ" - "Neftçi" matçı martın 4-də keçiriləcək.