Useyn Bolt futbol karyerasına Cənubi Afrika klubunda başlayacaq - FOTO


İdman 27 Fev 2018 10:46:00 282 0

Useyn Bolt futbol karyerasına Cənubi Afrika klubunda başlayacaq - FOTO

Yüngül atletik üzrə 8 qat Olimpiya çempionu Useyn Bolt futbolçu karyerasına başlayır. Goal.az xəbər verir ki, yamaykalı atletin "Mamalodi Sundowns"la anlaşdığı ehtimal edilir. Cənubi Afrika təmsilçisi rəsmi tvitter səhifəsində 31 yaşlı sprinterin fotosunu paylaşaraq : "Futbol heç vaxt əvvəlki kimi olmayacaq" - sözlərini yazıb.

Bolt bu ilin əvvəlində "Mamalodi Sundowns"un bazasında məşq edirdi. Daha öncə atlet martda "Borussia Dortmund"da baxışdan keçmək istədiyini bildirmişdi. Boltun arzusu isə "Manchester United"in şərəfini qorumaqdır.