"Fenerbahçe"nin "Beşiktaş" önündə uğurlu seriyası qırıldı


İdman 26 Fev 2018 18:52:00 303 0

"Fenerbahçe"nin "Beşiktaş" önündə uğurlu seriyası qırıldı

Türkiyə Superliqasının 23-cü turunda keçirilən "Beşiktaş" - "Fenerbahçe" derbisi meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatdı. Hesabı qonaqlar açsa da, "qara qartal" 3 xalı qazanmağa nail olub. Goal.az xəbər verir ki, "Fenerbahçe"nin bu mövsüm hesabda önə keçdiyi oyunlarda itirdiyi xalların sayı 11-ə yüksəlib. "Sarı lacivərdlilər" cari mövsümdə, ümumilikdə 25 xal itirib. Klub 2009/10 mövsümündən bəri bu baxımdan ən pis göstəricisinə çatmaqdadır. Həmin vaxt Kristof Daumun rəhbərlik etdiyi komanda önə keçdiyi oyunlarda 12 xal itirmiş və turnir cədvəlini 2-ci pillədə tamamlamışdı.

"Fenerbahçe" 2013-cü ildən sonra ilk dəfə "Beşiktaş" qarşısında hesabı açdığı oyunu məğlub başa vurub.