Bolt “Borussia” ilə müqavilə imzaladı?


İdman 26 Fev 2018 15:31:00 251 0

Bolt “Borussia” ilə müqavilə imzaladı?

Əfsanəvi atlet Useyn Bolt peşəkar futbolçu olmağa hazırlaşır.

Goal.az zəbər verir ki, yamaykalı idmançı tvitter hesabında “bir futbol klubu ilə müqavilə imzaladım” yazıb. Bolt yeni klubunun adını sabah açıqlayacağını bildirsə də, Almaniya mətbuatı 32 yaşlı sabiq atletin Dortmund “Borussia”sı ilə anlaşdığını iddia edib. Bir müddətdi komanda ilə məşqlərə qatılan Boltun mart ayından etibarən “Borussia”nın heyətində meydana çıxması gözlənilir.

Qeyd edək ki, Useyn Bolt 100 və 200 metr məsafəyə qaçışda dünya rekordçusudur.