Daha bir oyun və "Galatasaray" 250 min avro əlavə ödəyəcək


İdman 25 Fev 2018 18:32:00 237 0

Daha bir oyun və "Galatasaray" 250 min avro əlavə ödəyəcək

"Galatasaray"ın yarımmüdafiəçisi Yues Belhanda daha 1 oyuna çıxsa, onun sabiq klubu Kiyev "Dinamo"suna 250 min avro ödəniləcək. Goal.az xəbər verir ki, mərakeşli havbek ötən yay İstanbul klubu ilə müqavilə imzalayanda anlaşmaya bu bənd daxil edilib. Hazırda Belhanda "sarı qırmızılı" forma ilə 24 oyuna çıxıb. "Akhisar"la kubok matçı onun üçün 25-ci olacaq. Qeyd edək ki, Belhanda "Galatsaray"a 8 milyon avroya transfer olunmuşdu.