Gənc qapıçı kurioz qol buraxıb


İdman 25 Fev 2018 11:32:00 328 0

Gənc qapıçı kurioz qol buraxıb

Almaniyanın 2-ci Bundesliqasında keçirilən "Duisburg" - "Ingolstadt" (2:1) qarşılaşmasında kurioz qol qeydə alınıb. Goal.az xəbər verir ki, "Duisburg"un qolkiperi Mark Flekken su içdiyi vaxt qapısında qol görüb. O, komandası hücumda olarkən torun yanında olan butulkadan su içmək qərarına gəlib. Qəfildən topu alan rəqib sürətli əks-hücum təşkil edib. 25yaşlı Flekkenin komanda yoldaşı başqa topu ona ötürsə də, qapıçı bunu görməyib. Topa çatan Ştefan Kuçke çətinlik çəkmədən onu tora göndərib.