Kiyev Çempionlar Liqasının finalına pul ayırmaqdan imtna etdi


İdman 24 Fev 2018 12:11:00 260 0

Kiyev Çempionlar Liqasının finalına pul ayırmaqdan imtna etdi

Çempionlar Liqasında 2017/18 mövsümünün final qarşılaşması Kiyevin "Olimpiya" stadionunda baş tutacaq. Goal.az xəbər verir ki, şəhər Şurası final matçına görə 750 min avro vəsaitin ayrılmasına qarşı çıxıb. Qərar qəbulunda deputatların 51-i əleyhinə səs verib, 29-u bitərəf qalıb. Təsdiqlənmə üçün 61 deputatın qərarın lehinə səs verməsi tələb olunurdu. Deputatlar 2016-cı ildə qəbul olunmuş "Gənclər və İdman" proqramına dəyişikliklərə müsbət yanaşmayıb. Bu dəyişikliklər ÇL final matçına pul ayrılmasına imkan verəcəkdi.

Eyni zamanda şəhər Şurası rəsmi nümayəndələrin şərəfinə təntənəli qəbulun keçirilməsi, bütün tədbirlərin təşkili, Kiyevin UEFA atributları və bayraqları ilə bəzədilməsindən imtina etməyib.