Avroliqa matçından əvvəl qarşıdurma - 1 polis öldü, yaralılar var


İdman 23 Fev 2018 12:48:00 326 0

Avroliqa matçından əvvəl qarşıdurma - 1 polis öldü, yaralılar var

Futbol üzrə Avropa Liqasının "Atletic" (İspaniya) və "Spartak" (Rusiya) arasında Bilbao şəhərində keçirilmiş 1/16 final matçından əvvəl fanatlar arasında baş vermiş iğtişaş zamanı bir polis əməkdaşı ölüb.

Goal.az xəbər verir ki, bu barədə cümə axşamı "Correo" qəzeti yazıb.

Regional hüquq-mühafizə orqanları əməkdaşı ürəyi dayandıqdan sonra tibb müəssisəsinə aparılıb. Reanimasiyadan sonra o, ağır vəziyyətdə olub və sonra dünyasını dəyişib.

Qəzet yazır ki, matçdan əvvəl azarkeşlər arasında baş verən qarşıdurmalar nəticəsində bir neçə nəfər yaralanıb. Əlavə olaraq, ən azı beş nəfər saxlanılıb.