Belarus ikinci, Macarıstan ilk qızıl medalını qazanıb


İdman 22 Fev 2018 21:00:00 280 0

Belarus ikinci, Macarıstan ilk qızıl medalını qazanıb

Belarusun biatlon üzrə qadınlardan ibarət yığması Cənubi Koreyanın Pxençxan şəhərindəki XXIII Qış Olimpiya Oyunlarında qızıl medal qazanıb. Goal.az xəbər verir ki, postsovet komandası 4x6 km məsafəyə estafet yarışında 1 saat 12 dəqiqə 3,4 saniyə göstərici ilə birinci olub. İsveç yığması gümüş (1 saat 12 dəqiqə 1 saniyə), Fransa kollektivi isə bürünc medal (1 saat 12 dəqiqə 21 saniyə) qazanıb.

Şort-trekdə kişilərin 5000 metr məsafəyə komanda yarışında Macarıstan yığması rəqiblərini qabaqlayıb. Çin ikinci, Kanada isə üçüncü yeri tutub.

Qeyd edək ki, bu, Belarusun 2-ci, Macarıstanın isə ilk qızıl medalıdır. Qış Olimpiya Oyunlarına fevralın 25-də yekun vurulacaq.