Almaniyada məhkəmə federasiyanı "borclu çıxardı"


İdman 22 Fev 2018 16:30:00 228 0

Almaniyada məhkəmə federasiyanı "borclu çıxardı"

Bremen şəhərinin ali İnzibati məhkəməsi Almaniya Futbol İttifaqına qarşı qərar çıxarıb. Məhkəmə oyunlara görə stadiona cəlb olunan əlavə təhlükəsizlik qüvvələrinə görə şəhər büdcəsindən pul ayrılmasını düzgün hesab etməyib. İndi bu ödənişi etmək federasiyanın üzərinə düşür. Hələlik bu təcrübə "Werder"in oyunlarına şamil olunur. Amma Ali Məhkəmə yaxın vaxtlarda qanunun bütün Almaniya ərazisində tətbiqini müzakirə edəcək. Risk dərəcəsinin artmasına görə cəlb oluna polislərə ümumilikdə 46 milyon avro ödənilir.