Yaponlar rekord qırıb qızıl medalları qazandılar


İdman 21 Fev 2018 18:12:00 278 0

Yaponlar rekord qırıb qızıl medalları qazandılar

Cənubi Koreyanın Pxençxan şəhərindəki XXIII Qış Olimpiya Oyunlarında qadınlar arasında konkisürmənin təqib üsulu üzrə komanda yarışında qalib müəyyənləşib. Goal.az xəbər verir ki, 2 dəqiqə 53,89 saniyə göstərici ilə olimpiya rekordu təyin edən Yaponiya yığması qızıl medal qazanıb. Hollandiya yığması ikinci, ABŞ kollektivi isə üçüncü yeri tutub. Kişilər arasında yarışda isə Norveç millisi rəqiblərini qabaqlayıb. Cənubi Koreya ikinci, Hollandiya isə üçüncü yeri tutub. Qış Olimpiya Oyunlarına fevralın 25-də yekun vurulacaq.