"Juventus"un müdafiəçisi cəzalandırılmayacaq


İdman 21 Fev 2018 15:30:00 233 0

"Juventus"un müdafiəçisi cəzalandırılmayacaq

"Juventus"un müdafiəçisi Corco Kyellini İtaliya A Seriyasının 25-ci turunda "Torino"ya qarşı matçda etdiyi hərəkətə görə cəza almayıb. Goal.az xəbər verir ki, təcrübəli müdafiəçi derbidə rəqibin forvardı Andrea Belottinin üzünə yumruqla zərbə endirmişdi. İntizam Komitəsi onun top uğrunda mübarizə apardığını və Belottini qəsdən vurmadığı qənaətinə gəlib. Oyunun baş hakimi bu epizoda reaksiya verməsə də, baş verənlər kameraların obyektivinə düşmüşdü.