"Kəpəz" liderlər oyuna itkisiz hazırlaşır


İdman 21 Fev 2018 14:32:00 249 0

"Kəpəz" liderlər oyuna itkisiz hazırlaşır

“Keşlə” ilə ev oyunundan sonra bir gün istirahət edən “Kəpəz”in əsas komandasının üzvləri dünəndən məşqləri bərpa ediblər. Goal.az xəbər verir ki, “sarı-göylər” Topaz Premyer Liqasının XVII turunda səfərdə qarşılaşacağı “Qarabağ”la oyuna hazırlaşır. Komanda Bakı Olimpiya Stadionunun yardımçı meydançasında məşq edir. “Kəpəz” fevralın 23-nədək BOS-da çalışmalara çıxacaq. Heyətdə zədəli futbolçu yoxdur.