Ginnesin "Rekordlar Kitabı"na düşən eks futbolçu həbs olunub


İdman 21 Fev 2018 14:15:00 280 0

Ginnesin "Rekordlar Kitabı"na düşən eks futbolçu həbs olunub

Rusiyanın ən yaşlı peşəkar futbolçusu və iş adamı Vladimir Tumayev həbs olunub. Goal.az xəbər verir ki, 71 yaşlı biznesmen qətl sifarişində ittiham olunur. Həvəskar "Soyuz Qazprom" klubunun sabiq prezidenti adı açıqlanmayan şəxsin qətlinə sifariş versə də, həmin adam sui-qəsddən qurtulub. İndi Tumayevi 20 il müddətinə azadlıqdan məhrum etmə cəzası gözləyir.

Tumayevin adı 2005-ci ildə Rusiyanın ən yaxşı futbolçusu kimi Ginnesin "Rekordlar Kitabı"na daxil olunub. O. 59 yaşında ölkə çempionatında meydana çıxmışdı.