"Keşlə"nin sabiq oyunçusu mətbuat konfransına içkili gəldiyi üçün işdən qovulub


İdman 20 Fev 2018 14:28:00 282 0

"Keşlə"nin sabiq oyunçusu mətbuat konfransına içkili gəldiyi üçün işdən qovulub

Belarusun "Molodecno" futbol klubuna fevralın 16-da baş məşqçi təyin olunan Mixail Makovski istefaya göndərilib. Goal.az xəbər verir ki, buna səbəb onun ilk mətbuat konfransına sərxoş gəlməsi olub. 40 yaşlı mütəxəsis alkoqol qəbul etdiyi özü də etiraf edib. Klub daha sonra onun qardaşı Vladimir Makovskini baş məşqçi etmək istəyib. Amma onun danışılmış oyunların təşkilinə görə 2 il şərti cəza alması və 5 il müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılması azarkeşləri yerindən oynadıb. Sonda "Molodecno" Valeri Petrovu baş məşqçi postuna gətirib.

Qeyd edək ki, Mixail Makovski 2005-06-cı illərdə Bakı "İnter"inin (indiki "Keşlə") formasını da geyinib. "İnter"də 48 oyuna çıxan eks hücumçu 9 qol vurub.