"Qarabağ"ın futbolçusu Şərqi Avropada restoran açıb


İdman 18 Fev 2018 14:51:00 273 0

"Qarabağ"ın futbolçusu Şərqi Avropada restoran açıb

"DG77" şirkətinin sahibi olan "Qarabağ"ın futbolçusu Donald Gerye növbəti iş yerini istifadəyə verib. Goal.az xəbər verir ki, Haiti millisinin üzvü Polşada restoran açıb. Açılışda iştirak edən Gerye restorana bir neçə ay əvvəl dünyasnı dəyişən qızı Miahın adını verib. Haitli futbolçunun qızı ötən ilin oktyabrında dünyasını dəyişib. Doğulan zaman virusa yoluxan Miah 3 yaşında xəstəliyə məğlub olaraq vəfat edib.