Dmitri Nazarovun komandası heç-heçə edib


İdman 18 Fev 2018 13:30:00 282 0

Dmitri Nazarovun komandası heç-heçə edib

Almaniya 2-ci Bundesliqasında 23-cü tur davam edir. Millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” səfərdə “Holstein Kiel”lə qarşılaşıb. Goal.az xəbər verir ki, tərəflər sülhə razılaşıb - 2:2.Nazarov start heyətdə meydana çıxıb və 89-cu dəqiqədə əvəzlənib.

Almaniya 2-ci Bundesliqa, 23-cü tur

17 fevral

Holstein Kiel - Aue Erzgebirge - 2:2

Markiv Dukş 12, Dominik Dreksler 25 - Malkolm Kakutalua 36, 38

“Aue” geridə qalan turlarda topladığı 25 xalla 18 klub arasında 15-ci pillədə qərarlaşıb.