Braziliya millisində dünya çempionatına gedəcək 15 oyunçu


İdman 18 Fev 2018 12:04:00 265 1

Braziliya millisində dünya çempionatına gedəcək 15 oyunçu

Rusiyada keçiriləcək dünya çempionatına bir neçə ay qalsa da, Braziliya millisinin baş məşqçisi Tite mundiala aparmaq fikrində olduğu 15 futbolçunun adını müəyyənləşdirib. Goal.az xəbər verir ki, iştirak ərizəsində qalan 8 yer üçün gərgin mübarizə gedəcəyi dəqiqdir.

Adı məlum olan 15 oyunçu: Allison Beker (Roma), Daniel Alveş, Markinyos, Tyaqo Silva (PSG), Miranda (İnter), Marselo (Real), Kasemiro (Real), Paulinyo (Barcelona), Renato Auqusto (Beijing guoan), Koutinyo (Barcelona), Fernandinyo (Manchester City), Vilyan (Chelsea), Neymar (PSG), Qabriel Jezuş (Manchester City), Roberto Firmino (Liverpool)