Neymar dünya çempionatının simalarından biri olacaq


İdman 16 Fev 2018 14:28:00 283 0

Neymar dünya çempionatının simalarından biri olacaq

PSG Neymarı müqaviləsi bitənə qədər başqa kluba buraxmaq fikrində deyil. Goal.az xəbər verir ki, Paris klubunun sahibləri braziliyalı ulduzla 2022-ci ildə keçiriləcək dünya çempionatının simalarından biri olmaqla bağlı razılıq əldə edib. 26 yaşlı forvard mundialın siması olsa, 4 il ərzində 200 milyon avro qazanacaq.

PSG-nin qətərli bossları hələlik məlumatı rəsmən təsdiqləməyib. Neymarın klubdakı hazırki məvacibi ildə 38 milyon avro təşkil edir.