Arsen Venqer UEFA-nın qaydasına qarşı çıxıb


İdman 15 Fev 2018 17:32:00 292 0

Arsen Venqer UEFA-nın qaydasına qarşı çıxıb

"Arsenal"ın baş məşqçisi Arsen Venqer futbolçuya Avrokuboklarda bir mövsümdə 2 fərqli klubda oynamağa icazə verməyən qaydadan narazılıq edib. Goal.az xəbər verir ki, fransalı mütəxəsis Abvropa Liqasında Pyer-Emerik Obameyanqın xidmətindən istifadə edə bilmədiklərinə diqqəti yönəldib.

"Bütün klubların bu qaydanın ləğvinə tərəfdar odluqlarını bilirəm. Onun heç bir mənası yoxdur" - Venqer deyib.

UEFA-nın reqlamenti klublara imkan verir ki, qış fasiləsindən sonra 1 yeni futbolçunun adını Avrokuboklar üçün iştirak ərizəsinə daxil etsin. Amma həmin futbolçu qitə turnirlərində mübarizə aparan başqa klubun heyətində meydana çıxmamalıdır. Obameyanq "Borussia" forması ilə Çempionlar Liqasında çıxış etsə də, Dortmund klubu da "Arsenal" kimi Avroliqanın pley-off mərhələsində oynayacaq.