Millimizin rəqibi Afrika təmsilçiləri ilə qüvvəsini sınayacaq


İdman 14 Fev 2018 20:04:00 296 0

Millimizin rəqibi Afrika təmsilçiləri ilə qüvvəsini sınayacaq

UEFA Millətlər Liqasında Azərbaycan yığması ilə eyni qrupda yer alan Kosovo millisi Fransada təlim-məşq toplanışı keçirəcək. Goal.az xəbər verir ki, Balkan təmsilçisi 20 - 27 martda Parisdə baş tutacaq hazırlıq prosesi çərçivəsində iki yoxlama matçında qüvvəsini sınayacaq. Kosovo martın 24-də Madaqaskar, 3 gün sonra isə Burkina-Faso kollektivləri ilə üz-üzə gələcək. Azərbaycan millisi Kosovo ilə sentyabrın 7-də evdə, noyabrın 20-də isə səfərdə qarşılaşacaq.