"İnter" İkardinin müqaviləsində buraxılış qiymətini çıxarmaq istəyir


İdman 14 Fev 2018 15:46:00 329 0

"İnter" İkardinin müqaviləsində buraxılış qiymətini çıxarmaq istəyir

"İnter" Mauro İkardinin yayda klubunu dəyişəcəyindən narahatdır. Argentinalı forvarda "Real Madrid" və "Manchester United" iddia edir. Goal.az xəbər verir ki, bunu nəzərə alan "nerazzurri" onun müqaviləsində göstərilmiş buraxılış qiymətini çıxarmaq istəyir. İkardinin buraxılış qiyməti -  90 milyon avro 2018-ci ilin iyununda qüvvəyə minəcək. "İnter" futbolçunun illik məvacibini 4.7-dən 6.5 milyon avroya qaldırmağa hazırdır. İkardinin agenti Vanda Nara isə buraxılış qiymətinin 150-200 milyon, məvacibin isə 7 milyon avro olmasını tələb edir. Klub buraxılış qiymətini tamamən müqavilədən yığışdırmaq istəyirsə, məvacib tələbi 8 milyon avroya yüksələ bilər. 24 yaşlı hücumçu hazırda "İnter"in kapitanıdır.