"Şübhə etmirəm ki, “Kəpəz” “yenilməz armada” adını özünə qaytaracaq” - MSAHİBƏ


İdman 14 Fev 2018 15:09:00 69 0

"Şübhə etmirəm ki, “Kəpəz” “yenilməz armada” adını özünə qaytaracaq” - MSAHİBƏ

Fevralın 14-də “Kəpəz”-in icraçı direktoru Elnur Camalxanovun 40 yaşı tamam olur. Goal.az xəbər verir ki, bu münasibətlə klub saytı ondan müsahibə götürüb. 

- Belə bir söz var ki, 40 yaşı qeyd etməzlər...

- Doğum tarixini qeyd etmək, nisbi anlayışdır. Qeyd etdin-etmədin fərqi yoxdur, yaş gəlir səni haqlayır. Ümumiyyətlə, ad gününü təmtəraqla keçirmək xasiyyətim də yoxdur. Simvolik olaraq ailə ilə yığışıb fərqli şəkildə stol açırsan. Bu da doğum günü üçün normal bir şeydir.

- Beynəlxalq Qocalma İnstitutunun araşdırmasına görə insan məhz 40 yaşından sonra qocalmağa başlayır. Amma aktiv şəkildə idmanla məşğul olmaqla bunun qarşısını qismən almaq olar. Siz formada qalmaq üçün idman edirsiz?

Düzünü desəm, gənclik dövründə idmanla məşğul olmuşam. İndi tam peşəkar səviyyədə olmasa da, əzələləri formada saxlamaq üçün müəyyən prosedurları yerinə yetirirəm. Qocalıq deyəndə ki, insan özü özünü necə qəbul edirsə, odur. Yaş önəm daşımır, insan gərək ruhən qocalmasın, cavan qalsın. İnsanın cəmiyyətlə bir yerdə olması, ətrafı ilə xoş münasibətdə, ünsiyyətdə olması əsasdır. Bax, bunun özü cavanlaşma deməkdir.

- Ayrı-ayrı dövrlərdə cüdo və karate federasiyalarında çalışmısız. İndi də futbol sahəsindəsiz. İdmanın hansı növü ilə işləmək sizin üçün rahatdır?

Harada çalışmağından asılı olmayaraq işə can yandırmalısan. İşin içində olmalısan, işlə yaşamalısan. Mən hansı sahədə olmuşamsa, bacardığım qədər bütün gücümü ortaya qoymuşam. O cümlədən futbolda da belədir. Heç bir idman növünün arasında ayrı-seçkilik salmıram, nə potensialım var hər yerdə istifadə etmişəm. Kənardan necə görünüb, hansı qiymət verilib, bunu deyə bilmərəm.

Fərdi idman növlərində kifayət qədər uğurlarımız var. Olimpiya, dünya və Avropa çempionatlarında çoxlu medallar qazanmışıq. Amma bizim üçün kollektiv idman növlərində nailiyyət əldə etmək çətindir. Sizcə niyə?

Doğrudan da Azərbaycana kollektiv idman növlərində uğur qazanmaq çətin olub. İndividual olaraq bu sualın cavabını araşdırmamışam. Görünür ki, fərdi idman növlərində aktivliyimiz daha çoxdur nəinki kollektiv növlərdə. Amma voleybolda, basketbolda və həndbolda nailiyyətlərimiz olub. Xüsusən də voleybolda klub və yığma səviyyəsində diqqət çəkən uğurlar qazanmışıq. Son olaraq “Qarabağ”ın UEFA Çempionlar Liqasının qrup mərhələsində çıxış etməsini qeyd edə bilərik. Kollektiv idman növlərində uğur qazanmaq üçün müəyyən bir vaxt lazım idi və indi o dövr yetişib. Tədricən tendensiya dəyişib, uğurların sayı artır və bu silsiləyə çevrilir. Sadəcə, gözləmək lazımdır.

- “Facebook” sosial şəbəkəsində paylaşdığınız statuslardan biri diqqətimi daha çox çəkdi. “Sevinc göz yaşları” başlıqlı statusu cüdoçu Elxan Məmmədovun 2013-cü ildə Braziliyada dünya çempionu olması münasibətilə paylaşmısız. Şəxsi həyatınızda necə, sevinc göz yaşınız olub?

Düzü, özümün hər hansı bir uğurum olubsa belə, o şəkildə reaksiya verdiyim, ağladığım olmayıb, sakit qarşılamışam. Nailiyyətim bəlkə də mənim üçün böyük uğur sayılsa da, ağlamamışam, bu, xasiyyətimdə yoxdur. Elxan Məmmədovun çempion olması Azərbaycanın tarixinə yazılan uğurdur. 45 illik cüdo tariximizdə dünya çempionu olmamışdı. Sevincimi başqa cür də ifadə edə bilməzdim.

- Neapol – Bakı Assosiasiyasının vitse-prezidentisiz. Neapola sevginizin olduğu şübhə doğurmur. Maraqlıdı, “Napoli”yə də qarşı eyni hissləri keçirirsiz?

Bilirsiz, əvvəllər konkret olaraq pərəstiş etdiyim futbol klubu olmayıb. Neapolla iqtisadi, mədəni əlaqələrin inkişafı istiqamətində işlər gördüyümə görə sonradan “Napoli” azarkeşlik etdiyim komanda oldu. Klubun bütün oyunlarını izlədiyimi deyə bilməsəm də, “Napoli”yə sevgim var. Milyonların sevimlisi Maradonanın vaxtilə bu komandada çıxış etdiyini hamı yaxşı bilir.

- “Kəpəz”ə gəlməmişdən öncə də sizin Gəncəyə bağlılığınızın olduğunu bilirəm. Burada təhsilinizi davam etdirirsiz. Fikrimcə, Nizami yurdu sizin üçün yad yer hesab olunmamalıdır.

Mən Azərbaycan Dövlət Aqrar Universitetində doktoranturada təhsil alıram. Bundan əlavə, hərbi xidmətim də Gəncədə olub. “Kəpəz” o vaxtdan mənim üçün doğmalaşıb. Ruhumda belə bu şəhərlə bağlılıq var. Gəncədə olanda tam fərqli hisslər keçirirəm, çox rahat oluram. Çoxlu dostlarım var, onlarla görüşürəm. Mənim üçün doğma, əziz yerdir. “Kəpəz” tarixi, titulları olan böyük komandadır. Klubun inkişafı istiqamətində nə bacarıramsa, əlimdən gələni edəcəm. Heç şübhə etmirəm ki, “Kəpəz” uğurları sıralamaqla əvvəlki əzəmətini, “yenilməz armada” adını özünə qaytaracaq. Futbolda uğur kollektiv əməyin nəticəsidir, biz birlikdə buna nail olacağıq. Bu işdə azarkeşlər bizim əsas dəstəkverici qüvvəmizdir.

- Üç oğlunuz var, onlardan hansının idmana marağı var?

Son beşiyimiz çox balacadır amma idmana yönləndirmişəm. Ortancıl futbolla çox maraqlanır, oynamaq üçün səy göstərir. Futbola kimi karate və cüdo ilə məşğul olub. Elə böyük oğlum da karate ilə məşğuldur.  

- Uzun illər televiziyada ölkə idmanının uğurlarını tamaşaçılara çatdırmısız, mavi ekran sizi ictimaiyyətə tanıdıb. Televiziyanı karyeranızda irəliyə doğru böyük pillə hesab edirsiz?

- Əlbəttə, sizinlə tam razıyam, televiziya böyük qüvvə və təcrübədir. Bizim inkişafımızda o vaxtlar “Space” tv-nin İdman departametinin rəhbəri olan Aydın Əliyevin xüsusi zəhmətini vurğulamaq istərdim. O, həmişə işinə olduqca peşəkar yanaşıb və televiziya əməkdaşlarının da peşəkarlaşması yönündə fədakar fəaliyyəti ilə seçilib. Dəyərli məshələtlər, tövsiyyələr verib.  Şadam ki, Aydın müəllimdən çox şey öyrənmişəm. Onun istər mənim, istərsə də vaxtilə birgə çalışdığımız həmkarlarım Elnur Kələntərov və Tural Xudiyevin üzərində böyük zəhməti olub. Aydın Əliyev mənim baxış bucağımı dəyişib, həyatda möhkəmlənməyim üçün çox önəmli təsir göstərib. Buna görə müəllimimizə təşəkkür edirəm. O, Azərbaycan idman jurnalistikasının canlı əfsanəsidir. Gənclərimiz inkişaf etmək üçün ondan çox şey öyrənməlidirlər. Bu prizmadan baxaraq televiziya hər hansı bir simanın tanıdılmasında, onun cəmiyyətdə qəbul olmasında böyük rol oynayır. Odur ki, “Space” televiziyasına da minnətdaram. 

Türkiyə Münhen Təhlükəsizlik konfransında iştirak edəcək like
  • 14 Fev 15:00  
Digərləri Türkiyə Münhen Təhlükəsizlik konfransında iştirak edəcək

Türkiyə Təhlükəsizlik üzrə 54-cü Münhen konfransında iştirak edəcək

arrow Ətraflı
Ander Errera, Qabi və İborra 2 il həbs cəzası ala bilər like
  • 14 Fev 14:51  
İdman Ander Errera, Qabi və İborra 2 il həbs cəzası ala bilər

İspaniyada 2011-ci ildə "Levante" və "Zaragoza" arasıneda baş tutan danış

arrow Ətraflı
ABŞ müdafiə naziri: "Bizi hədələsəniz sizin ən qara gününüz olacaq..."  FOTO like
  • 14 Fev 14:50  
Dünya ABŞ müdafiə naziri: "Bizi hədələsəniz sizin ən qara gününüz olacaq..." FOTO

ABŞ-ın müdafiə naziri, "quduz köpək" ləqəbli  general Ceyms

arrow Ətraflı
Rusiyalı musiqiçi Dmitri Uvarovun adı arzuolunmaz şəxslər siyahısından çıxarılıb like
  • 14 Fev 14:46  
Digərləri Rusiyalı musiqiçi Dmitri Uvarovun adı arzuolunmaz şəxslər siyahısından çıxarılıb

Rusiya vətəndaşı, “Sülh naminə musiqi” layihəsinin üzvü, musiqiçi

arrow Ətraflı
Sevgililər günündə izlənilməsi tövsiyyə edilən 6 əsas FİLM  FOTO like
  • 14 Fev 14:46  
Digərləri Sevgililər günündə izlənilməsi tövsiyyə edilən 6 əsas FİLM FOTO

Bu gün Bakıda cütlüklərin çoxu Sevgililər gününü qeyd edir.

arrow Ətraflı
İcra Hakimiyyəti: Bayıl sürüşmə zonasının sakinləri siyahıya alınıb like
  • 14 Fev 14:41  
Sosial İcra Hakimiyyəti: Bayıl sürüşmə zonasının sakinləri siyahıya alınıb

Şöbə müdirinin müavini: "Müvafiq prosedurlar yekunlaşan kimi biz işin ic

arrow Ətraflı
2 yaşlı uşaq qaynar qazanda yandı like
  • 14 Fev 14:40  
Digərləri 2 yaşlı uşaq qaynar qazanda yandı

Tovuz rayonunda azyaşlı uşaq qaynar suda yanıb.

arrow Ətraflı
Anderson: "Tənqidlər davam etsə, Neymar Fransanı tərk edəcək" like
  • 14 Fev 14:36  
İdman Anderson: "Tənqidlər davam etsə, Neymar Fransanı tərk edəcək"

"Barcelona" və "Lyon"un sabiq hücumçusu Sonni Anderson həmyerlisi

arrow Ətraflı