"Real Madrid" PSG-ni qəbul edir


İdman 14 Fev 2018 09:54:00 280 0

"Real Madrid" PSG-ni qəbul edir

Bu gün futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti matçları keçiriləcək.

Goal.az xəbər verir ki, ikinci oyun günündə iki görüş baş tutacaq. Qarşılaşmalardan biri İspaniyada, digəri Portuqaliyada reallaşacaq. Ardıcıl iki mövsüm turnirin qalibi olan “Real Madrid” favoritlərdən sayılan Fransa təmsilçisi PSG-ni qəbul edəcək.

La Liqada 42 xalla 4-cü pillədə qərarlaşan və lider “Barcelona”dan 17 xal geri qalan “Kral klubu” üçün cari mövsüm heç də yaxşı keçmir. PSG isə böyük pulların müqabilində qitənin ən nüfuzlu klub turnirində qalib olmağı hədəfləyib.

Günün digər qarşılaşması Portuqaliyanın “Porto” və İngiltərənin “Liverpool” kollektivləri arasında olacaq. Ölkə çempionatının lideri olan meydan sahibləri ilk matçda müsbət nəticə əldə etmək arzusundadırlar. Cütün favoriti sayılan qonaqlar isə səfərdən sərfəli hesabla qayıtmaq istəyirlər.

Çempionlar Liqası

1/8 final, ilk oyunlar

14 fevral

23:45. "Real Madrid" (İspaniya) - PSG (Fransa)

Baş hakim: Canluka Rokki

23:45. "Porto" (Portuqaliya) - "Liverpool" (İngiltərə)

Baş hakim: Daniele Orsato (İtaliya)