Argentina prezidenti: "Messidən "Barcelona"da az oynamağı xahiş etmişəm"


İdman 13 Fev 2018 16:28:00 313 0

Argentina prezidenti: "Messidən "Barcelona"da az oynamağı xahiş etmişəm"

Argentina prezidenti Klaudio Tapia milli komandanın kapitanı Lionel Messidən "Barcelona"da az oynamağı xahiş etdiyini bildirib. Goal.az xəbər verir ki, dövlət başçısı ulduz futbolçunun dünya çempionatına kimi yorğun düşməməsini istədiyini deyib.

"Ümid edirəm ki, Argentina millisinin üzvləri mundiala indi olduqları formada qədəm qoyacaq.Serxio Aquero inanılmaz oynayır. Messi həmişə yaxşıdır. Bu, məşqçilər üçün olduqca vacib məsələdir. Messidən xahiş etmişik ki, durumuna diqqət yetirsin və "Barcelona"da mümkün qədər az mydana çıxsın".

Bu mövsüm 30 yaşlı futbolçu İspaniya Primerasında 23 oyuna çıxıb və 20 qol vurub.