Ağır atletika üzrə Avropa çempionatının ev sahibi müəyyənləşdi


İdman 13 Fev 2018 10:43:00 334 0

Ağır atletika üzrə Avropa çempionatının ev sahibi müəyyənləşdi

26 mart – 1 aprel tarixlərində Rumıniyanın paytaxtı Buxarest şəhərində ağır atletika üzrə Avropa çempionatı keçiriləcək.

Goal.az xəbər verir ki, bu barədə qərar Avropa Ağır Atletika və Rumıniya Ağır Atletika Federasiyaları arasında əldə olunan razılıqdan sonra bildirilib.

Rumıniya rəsmi ev sahibi qismində Albaniyanı əvəz edəcək. Xatırladaq ki, Avropa çempionatının təşkili hüququ ilk olaraq Türkiyəyə verilmişdi. Lakin Beynəlxalq Ağır Atletika Federasiyası (BAAF) dopinq qalmaqalına görə Türkiyəni bu hüquqdan kənarlaşdırdıqdan sonra, yarışa ev sahibliyi Albaniyaya keçib. Öz növbəsində dopinq probleminə görə Albaniya Ağır Atletika Federasiyasının İcraiyyə Komitəsi də istefa verdiyindən BAAF rəsmi Tirananın yarışı vaxtında təşkil edə bilməyəcəyini açıqlayıb.