"Atletico"nun yarımmüdafiəçisi yubiley oyununa çıxdı


İdman 11 Fev 2018 17:51:00 272 0

"Atletico"nun yarımmüdafiəçisi yubiley oyununa çıxdı

İspaniya Primerasının 23-cü turunda baş tutan "Malaga" - "Atletico" (0:1) qarşılaşması qonaqların yarımmüdafiəçisi koke üçün əlamətdar olub. Goal.az xəbər verir ki, 26 yaşlı havbek Madrid klubunun heyətində 350-ci matçına çıxıb. Görüşün sonlarında kapitanlıq sarğısını da taxan Koke "Atletico"da ən çox oyun keçirən futbolçuların siyahısında 14-cü pilləyə yüksəlib. Bu baxımdan lider 551 oyunla Adelardodur. O, 1959 - 1976-cı illərdə "Atletico"nun şərəfini qoruyub.