"Napoli"nin futbolçusu əməliyyat olunub


İdman 11 Fev 2018 11:04:00 245 0

"Napoli"nin futbolçusu əməliyyat olunub

"Napoli"nin müdafiəçisi Fauzi Qulam diz qapağından əməliyyat olunub. Goal.az xəbər verir ki, əlcəzairli futbolçu məşqlərə 1 aydan sonra qayıda biləcək. Qulam fevralın 9-u məşqdə zədəsini təzələmiş və dərhal cərrahi müdaxilyə ehtiyac duyulmuşdu. 27 yaşlı müdafiəçi noyabrdan meydana çıxmır. Bu mövsüm Neapol klubunda 17 oyuna çıxan Qulam 2 qol vurub.