Neymar "Lokomotiv"ə keçə bilərmiş


İdman 09 Fev 2018 15:06:00 275 0

Neymar "Lokomotiv"ə keçə bilərmiş

Ötən yay rekord qiymətə - 222 milyon avroya "Barcelona"dan PSG-yə keçən Neymar 2009-cu ildə Rusiya "Lokomotiv"inə keçə bilərmiş.

Goal.az xəbər verir ki, bu barədə Moskva klubunun prezidenti Nikolay Naumov açıqlama verib. O deyib ki, həmin zaman "sambaçı" üçün 12 milyon avro ödəmək istəməyib:

"2009-cu ildə Neymarı bizə məsləhət gördülər. Keçid üçün də 12 milyon avro istədilər. Həmin vaxt dəymədüşər bir uşaq üçün bu məbləği vermək böyük risk idi. Biz də ona görə Alan Qataqovu transfer etdik".