Klub prezidenti və futbolçunun intim fotosu internetə sızıb - FOTO


İdman 09 Fev 2018 12:50:00 344 0

Klub prezidenti və futbolçunun intim fotosu internetə sızıb - FOTO

Paraqvay çempionatının 2-ci Divizionunda çıxış edən "Rubio Nu" klubu ilə bağlı qalmaqallı xəbər yayılıb. Goal.az xəbər verir ki, klub prezidenti Antonio Qonzalezlə futbolçu Qabriel Kabalyeronun yataqdakı şəkli internetə sızıb. Kabalyero klub prezidenti ilə 2 il müddətinə münasibətdə olduğunu inkar etməyib.

"O, mənim üçün xüsusi adam idi. Onun bütün istəkləri yerinə yetirilirdi. Mercedes Benz, Land Cruiser, Prado, Hillux kimi avtomobilləri vardı. Amma indi mənim üçün xain, dələduz və quldurdur" - Qonzalez deyib.

Prezident bu şəklin futbolçunun agenti tərəfindən internetə sızdırıldığını deyir. Bunun səbəbi isə agentin Kabalyeronu başqa kluba keçirmək istəyi olub.

"Mən həmin fırıldaqçıya (red. agent) dedim ki, futbolçunun transfer haqqı 2 milyon quaranidir. O isə 1 milyon ödəməyi təklif etdi" - Qonzalez deyib. Prezident futbolçunun müqaviləsini birtərəfli qaydada pozduğunu da elan edib.