Keyn : "Liverpool"un qapısına təyin edilən hər iki penalti düzgün idi"


İdman 05 Fev 2018 18:15:00 308 0

Keyn : "Liverpool"un qapısına təyin edilən hər iki penalti düzgün idi"

İngiltərə Premyer Liqasında 26-cı turun mərkəzi oyunu "Liverpool" və "Tottenham" arasında baş tutdu. Komandalar hərəyə 2 qol vuraraq 1 xal qazandılar. Yadda qalan məqamlardan biri "Liverpool"un qapısına 2 penalti təyin edilməsi oldu. Goal.az xəbər verir ki, 2 dəfə "bəyaz nöqtə"yə yaxınlaşıb 1 qol vuran Harri Keyn oyundan sonra fikirlərini bölüşüb.

"Hakimin verdiyi hər iki penalti doğru idi. Karius topa çata bilmədi və məni yıxdı. Əlbəttə, özüm yıxılmazdım. İkinci penalti epizodunda yan xətt hakimi əsl xarakter göstərdi. Çünki birinci dəfə böyük etiraza məruz qalmışdı. Orda da penalti vardı" - 24 yaşlı hücumçu deyib.

Harri Keyn bu mövsüm Premyer Liqada 25 oyuna çıxıb və 22 qol vurub.